Məktəbli formalarının qiyməti dəyişib? - “Bakı Tikiş Evi”ndən AÇIQLAMA

“Bakı Tikiş Evi”nin (BTE) mağazaları fəaliyyətini bərpa edib, yalnız “Mall”ların daxilində olan mağazalarımız bağlıdır. Bunu Modern.az-a “BTE”nin Satış şöbəsinin müdiri Etibar Əzimov bildirib.
Onun sözlərinə görə, anbarlarda kifayət qədər forma ehtiyatları var: “Hazırda da məktəbli formalarının tikilişi davam etdirilir. Tərəfimizdən heç bir problem yoxdur. Mağalarımızda hər sinif üzrə məktəbli formaları satılır”.
E.Əzimov deyib ki, məktəbli formalarının qiymətində dəyişiklik yoxdur: “2017-ci ildən etibarən qiymətlərdə hansısa dəyişiklik edilməyib. I-VI siniflər üçün nəzərdə tutulan 26-44 ölçülü məktəbli formalarının qiyməti 40 manat, yuxarı ölçülər isə 46 manat təşkil edir. “Bakı Tikiş Evində məktəbli köynəkləri də tikilir. 26-54 ölçülü bütün köynəklərin qiyməti 8 manatdır. Köynəklərin tikilməsi üçün istifadə edilən pambıq parçalar Türkiyədən gətirilir. Məktəblilər üçün nəzərdə tutulan jiletlər də ölçüsündən asılı olmayaraq 8 manata satılır. Geyimlərin keyfiyyətinə ən azı bir il zəmanət veririk”.
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA











