Məktəblilərin narkomaniyanın fəsadları barədə məlumatlandırılması işi davam etdirilir

Fevralın 25-də Yasamal Rayon Polis İdarəsinin təşkilatçılığı ilə rayonun Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində şagird və müəllim kollektivinin iştirakı ilə “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Avtosfer.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Valeh Bəyalıyev polis əməkdaşları ilə keçirilən belə görüşlərin və mövzunun əhəmiyyətini qeyd edib.
Yasamal RPİ rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovniki Orxan Mansurzadə bu təhlükəli bəlaya qarşı respublikamızın hüquq-mühafizə, o cümlədən daxili işlər orqanları tərəfindən aparılan qətiyyətli mübarizə tədbirlərindən, “ağ ölüm”ün xüsusən yeniyetmə və gənclərin mənəviyyatına, əxlaqına mənfi təsirindən, onların cəmiyyətin layiqli vətəndaşları kimi yetişmələri yolunda ciddi əngəl olmasından danışıb.
O qeyd edib ki, müasir dövrdə müəyyən cinayətkar qruplar və şəxslər tərəfindən əsasən sosial şəbəkələr vasitəsilə narkotik maddələrin təbliğ edilməsi, yayılması cəhdləri müşahidə olunur ki, bu yolla birincilər özlərinin cinayətkar fəaliyyətlərini və şəbəkələrini daha da genişləndirmək məqsədi güdürlər. Ona görə yeniyetmə və gənclər belə təhlükəni öncədən nəzərə almalı və sosial şəbəkələr üzərindən bəzi maraqlı qüvvələr və şəxslər tərəfindən tirajlanan zərərli informasiyalardan, şirinikləndirici təkliflərdən uzaq durmalıdırlar.
Narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanlarının üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirdiklərini qeyd edən Orxan Mansurzadə narkomaniya əleyhinə aparılan tədbirlərin hər zaman diqqət mərkəzində olduğunu vurğulayıb.
Yasamal RPİ-nin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili Bölməsinin rəisi, polis mayoru Nəbi Nəcəfov narkomaniya adlı xəstəliyə düçar olmuş şəxslərin həyatlarının məhv olması, narkomaniya və psixotrop maddələrin istifadəsinin insan sağlamlığı üçün yaratdığı problemlər və fəsadlar barədə ətraflı məlumat verib.
Görüşün sonunda şagirdləri maraqlandıran suallar ətraflı cavablandırılıb.
Gültən Qədirli
İlham Əliyev Qətər Əmirinə başsağlığı verdi
Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO
Tovuz döyüşlərindən 6 il ötür
Ulu Öndərlə səngərdə çəkilən şəkil Prezidentə göstərildi - VİDEO
Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir - Prezident
Benzin qıtlığı rusları bunu etməyə vadar edir - VİDEO
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO
Əli Əsədov turizmin inkişafına həsr olunmuş iclas keçirdi - FOTOLAR
Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?
Qondarma "erməni soyqırımı" mövzusu Azərbaycanın tələbi ilə bağlanılıb? - POLİTOLOQ










