"Məni həbs etsələr, ömürlük verməlidirlər" - Üzeyir Rəhimov

Tanınmış kardioloq Üzeyir Rəhimov pasiyent ölümləri ilə bağlı həkimlərin məsuliyyətə cəlb olunması haqqında paylaşım edib.
Avtosfer.az xəbər verir ki, o, bununla bağlı öz "Facebook" hesabında yazıb:
"Bütün günü şikayətlə dolu insanları dinləmək, bəzilərini sağalda bilməmək, bəzilərini itirmək, bəzən döyülmək, sosial mediada hər zaman söyülməklərlə sizləri yormaq istəmirəm. Hər ölən xəstəmlə bir parçam ölüb, günlərcə "daha nə edə bilərdik?" suallarımla içimi yemişəm. Buna rəğmən yenə də ölkəm üçün bir şeylər etməyə çalışmışam. Bu arada əksər həkimlərin həkimdən başqa dostu yoxdur və bir araya gəldiklərində də ancaq və ancaq tibbdən danışırlar. Yəni asosial insanlarıq və həyatımız ortalamadan qısa olur.
Bütün bunların üzərinə bir də bir həkimin həbs edilməsi mənim gələcəyimiz haqqında bütün ümidlərimi bitirdi. Ürək həkimi olduğum üçün çox xəstə itirmişəm, əfsuslar olsun ki, bundan sonra da itirəcəyəm, bütün həkimlərin əlində ağırlaşmalar və ölümlər olacaq. Sonunda bir bəndəyik və nə qədər əlləşsək də, hər kəsi qurtara bilmərik. Buna görə məni həbs etsələr, yəqin ki, ömürlük verməlidirlər.
Bu işin sonunda artıq həkimlər çətin və ağır xəstələri almayacaqlar (həyatını qurtardığımız qrup isə bu qrupdur). Bu ölümlərin artmasına, ömrün qısalmasına səbəb olacaq. Xarici ölkələrə üz tutan həkim sayı daha da artacaq. Və geri dönməyəcəklər. Tibb universitetindəki tələbə sayı da azalacaq, bir sözlə, həkim tapmayacağıq.
Papağımızı qabağımıza qoyub son dəfə düşünməliyik".
Xatırladaq ki, bir neçə gün əvvəl burun əməliyyatından sonra vəfat edən Nəzrin Mansurovanın ölümü ilə bağlı cərrah Sənan Mehdiyev həbs olunub. Onun həbsindən sonra həmkarları sosial şəbəkələrdə Sənan Mehdiyevlə bağlı dəstək paylaşımları ediblər.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...











