"MENLOQ" MMC-nin 80-dən çox avtobusu dezinfeksiya edildi - FOTO - VİDEO

İctimai Nəqliyyatda kəskin respirator virus infeksiyalarının yayılmasına qarşı qabaqlayıcı tədbirlər davam etdirilir. Avtosfer.az xəbər verir ki, bu dəfə “MENLOQ” MMC-ə məxsus 7 xətt üzrə - 29, 67,71, 83, 103 və 147 saylı avtobuslarda növbəti əks-epidemik dezinfeksiya tədbirləri həyata keçirildi.


Gecə saatlarında reysdən sonra gündəlik təmizlikdən keçən avtobuslarda xüsusi dərman məhlullardan istifadə olunmaqla dezinfeksiya prosesi baş tutub. Ötən gecə sözügedən şirkətə məxsus 80-dən çox avtobus Azərbaycan Respublikası Səhiyyə nazirliyi tərəfindən lisenziya verilən dərmanlarla dezinfeksiya edildi.

İnsanların həm təmas, həm də hava damcı yolu ilə infeksion xəstəliklərə yoluxmasına qarşı olan dərman preparatları ilə oturacaqlar,döşəmə,eləcə də əl tutqacları təmizləndi. Səhər marşruta buraxılacaq avtobuslar tam gigiyenik və təmiz olacaq.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, gündəlik olaraq avtobuslar xətdən qayıtdıqdan sonra istehsalat bazasında təmizlənməlidir. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə dezinfeksiya işləri davam etdirilir. Son 3 gün ərzində müntəzəm marşurut xəttlərində istismar edilən 500-ə qədər avtobus dezinfeksiya edilib.
Orxan
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI



















