“Mercedes”in sərnişinlərindən narkotik vasitələr aşkarlandı - Hacıqabulda

Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan bir qrup şəxs saxlanılıb. Rayon ərazisində polis tərəfindən saxlanılan “Mercedes” markalı 90 TM 589 dövlət nömrə nişanlı avtomobilin sərnişinləri olan Bakı sakinləri, 1992-ci il təvəllüdlü Əhmədov Şirxan Şirzad oğlunun üzərindən 129,166 qram çəkidə narkotik tərkibli psixotrop maddə olan metamfetamin və 1992-ci il təvəllüdlü Calalov Samir Etibar oğlunun üzərindən narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Məlum olub ki, həmin narkotik vasitələri əvvəllər məhkum olunan Şirvan sakini, 1971-ci il təvəllüdlü Səfərov Aris Əjdər oğlu satıb.
Sonuncunun üzərinə baxış zamanı ondan 45,090 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.
Hər üç şəxs barəsində cinayət işi açılıb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Keçirilən digər əməliyyatda polis tərəfindən saxlanılan Hacıqabul sakini, 1994-cü il təvəllüdlü İntiqam Dünyamalıyevin üzərinə baxış keçirilən zaman ondan istehlak miqdarından artıq çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Məlum olub ki, həmin narkotik vasitəni ona Hacıqabul sakini, 1984-cü il təvəllüdlü Dadaşov Oqtay Cəlil oğlu satıb.
Sonuncunun barəsində məhkəmənin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev












