Mərdəkan, Buzovna və Maştağa qəsəbələri də Balaxanı kimi abadlaşacaq

Artıq bir müddətdir ki, Bakıətrafı kəndlərdə yenidənqurma və bərpa işlərinə start verilib.
Sözügedən işlərə ilkin olaraq Balaxanı qəsəbəsində başlanıldı. Yeni görünüşü ilə hər kəsin maraq dairəsinə düşən Balaxanıdan sonra bu işlərin digər ərazilərdə də görülməsi nəzərdə tutulur. Artıq Bibiheybət, Suraxanı və Əmircan qəsəbələrində də yenidənqurma işləri başlanılıb və yekunlaşmaq üzərdir.
Bu gün isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirşağı qəsəbəsində yenidənqurma və təmir-bərpa işlərinin təməlqoyma tədbirində iştirak ediblər.
Sözügedən qəsəbə də digərləri kimi yenilənərək paytaxt sakinlərinin və qonaqların gəzib, görəcəyi yerlərdən birinə çeviriləcək.
Təməlqoyma mərasimində qeyd olunub ki, bu il Mərdəkan, Buzovna və Maştağa qəsəbələrinin də bu prosesə qoşulacağı gözlənilir.
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ












