Meşə fonduna ziyan vuran şəxs cəzalanıb

Quba rayonunun Tülər kəndi ərazisində kömür hazırlanması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.
Xidmətin rəis müavini Ramal Bağırov bildirib ki, kəndin ərazisinə keçirilən baxış zamanı Tülər kənd sakini Yasər Baxışova məxsus həyətyanı torpaq sahəsində qanunsuz yeşik hazırlayan sexin fəaliyyət göstərdiyi və meşə materialından kömür hazırlandığı məlum olub:
“Araşdırma zamanı sexdə qanunsuz yolla əldə olunmuş işlik meşə materialı, yeşik taxtası, kömür tədarükü məqsədilə hazırlanmış odun və kömür kisələri aşkar edilib. Meşə fonduna 7452,65 manat məbləğində ziyan dəydiyi müəyyən olunub. Faktla bağlı qanun pozucusu Yasər Baxışov barəsində akt tərtib edilib”.
R.Bağırov qeyd edib ki, dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxs barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə toplanmış materiallar Quba rayon Prokurorluğuna göndərilib.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












