"Macara" klub məhkəməyə verildi - Meşədə 6 min ağac kəsilib, göl qurudulub - VİDEO
Gündəm
14 İyul 2022 18:07

Qubada yerləşən məşhur “Macəra” İstirahət Mərkəzi cərimələnib. Avtosfer.az xəbər verir ki, istirahət mərkəzinin kənd təsərrüfatına yararlı torpaqlardan təyinatsız istifadə edilməsi ortaya çıxıb. Buna görə, mərkəz barəsində İnzibati Xətalar Məcəlləsinin 247.2-ci (kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlə istifadə edilməsi) maddəsilə protokol tərtib olunub.
Protokol baxılması üçün Quba rayon Məhkəməsinə göndərilib.
Qeyd edək ki, həmin maddə əsasında hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.
Avtosfer.az xəbər verir ki, Qubanın Nüqədi kəndində yerləşən "Macara" istirahət mərkəzinin rəhbərliyi ərazidə sakinlərin istifadə etdiyi gölü qurudur, əlavə yol çəkmək üçün isə 3 km məsafədə 3 mindən çox ağacı kəsdirib. Maraqlıdır ki, xeyli müddətdir bu barədə deyilsə də, Ekologiya və Təbii Sərvətlər Nazirliyi prosesin qarşısını ala bilmir.
"Macara" istirahət mərkəzinin Mikayıl İsmayılov və Eldar Orucova məxsus olduğu bildirilir. Onlar indiyədək 6 min ağacı kəsdirib. Cəza olaraq isə bir neçə dəfə Ekologiya və Təbii Sərvətlər Nazirliyi "Macara"nı 30 min manat cərimə edib. Görünür, illərlə yetişən bu ağacların birini 200 manatdan kəsmək olarmış...
Emin
Oxunub : 2762
DİGƏR XƏBƏRLƏR
25 Noyabr 2026 08:48
Maşınla işə gedənlərə PİS XƏBƏR!
24 Noyabr 2026 20:45
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
24 Noyabr 2026 16:46
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
24 Noyabr 2026 16:09
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
24 Noyabr 2026 13:11
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH
24 Noyabr 2026 10:30
Orta Dəhlizdə yeni hədəf: Azərbaycan tranzit imkanlarını genişləndirə biləcəkmi?
24 Noyabr 2026 08:47
İşə maşınla getmək istəyənlərə PİS XƏBƏR
23 Noyabr 2026 20:15
"Bədr müqaviləsi" tərəfdaş ölkələrin siyasətini necə dəyişəcək? - POLİTOLOQ
23 Noyabr 2026 18:54
Aparıcının öldüyü qəzanın ŞOK DETALI: Ayıq sürücü çağırıbmış...
23 Noyabr 2026 17:46
Bakıda qarajlar rekord həddə BAHALAŞDI
23 Noyabr 2026 16:23
25 ildə tamaşaçının zövqü tamam korlandı - Elariz Məmmədoğlundan kanallara SƏRT TƏNQİD
23 Noyabr 2026 16:18
“Metak”dan AÇIQLAMA – “Qəzada ölən şəxsin ailə ilə heç bir əlaqəsi yoxdur”
ŞƏRH YAZ













