Mətbuat Şurası beynəlxalq media təşkilatlarına müraciət ünvanlayıb

Azərbaycan Mətbuat Şurası (MŞ) Azərbaycanın Belçikadakı Səfirliyinin ərazisində dinc aksiyaya toplaşan azərbaycanlıların daşa basılmasını işıqlandıran Real Təhlil və İnformasiya Mərkəzinin (“Real TV”) Avropa bürosunun təmsilçisi Xatirə Sərdarqızının ağır xəsarət alması ilə bağlı Beynəlxalq Jurnalistlər Federasiyasına və Beynəlxalq Mətbuat İnstitutuna müraciət ünvanlayıb.
Bu barədə MŞ-dan bildirilib. Müraciətdə qeyd olunub ki, 12 iyul 2020-ci il tarixdən başlayaraq, Ermənistan hərbi birləşmələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu ərazisindən Azərbaycana hücumu, bunun nəticəsində yaranmış müharibə şəraiti Azərbaycanda olduğu kimi, ölkəmizin hüdudlarından kənarda yaşayan həmvətənlərimizdə də ciddi narazılığa səbəb olub: “Onlar öz etirazlarını dinc nümayiş və mitinqlərlə bildiriblər. Həmvətənlərimizin bu təşəbbüsləri erməni lobbi və diaspor təşkilatlarının təmsilçilərinin zorakılıq və vandalizm aktları ilə qarşılanıb. Beləcə dünyada qərarlaşmış birgəyaşam, tolerantlıq mühitinə ciddi zərər vurulub, mənəvi dəyərlər təhdid edilib.
Həm bu kimi halların, həm də azərbaycanlıların məlum etiraz aksiyalarının işıqlandırılmasında ölkəmizin media vasitələri yaxından iştirak edir, özlərinin peşə borclarını yerinə yetirirlər. Təəssüf ki, zorakılığa və qəddarlığa yol verən erməni lobbi və diaspor təşkilatlarının nümayəndələri həmin media vasitələrinin əməkdaşlarına qarşı da eyni xoşagəlməz hərəkətləri reallaşdırmaqdan çəkinmirlər”.
ƏTRAFLI
M&M
MŞ konkret olaraq “Real TV”-nin Avropa bürosunun təmsilçisi Xatirə Sərdarqızının üzləşdiyi duruma diqqət çəkməyi vacib və zəruri sayır: “X. Sərdarqızı Azərbaycanın Belçikadakı Səfirliyinin ərazisində dinc aksiyaya toplaşan azərbaycanlıların daşa basılmasını işıqlandırarkən ağır xəsarət alıb. Beləliklə onun jurnalistlik fəaliyyətinə maneə törədilib. Avropanın və dünyanın insan haqları və demokratiya mərkəzi sayılan Belçikada, onun paytaxtı Brüsseldə media təmsilçisinə qarşı zorakılığın həyata keçirilməsi bütövlükdə söz və ifadə azadlığına münasibətdə açıq həqarətdir. Daha acınacaqlı hal isə cinayət olduğu şübhə doğurmayan bu faktın layiqli hüquqi qiymətinin almaması, günahkarların məsuliyyətə cəlb olunmamasıdır. Azərbaycan Mətbuat Şurası oxşar halların gələcəkdə yaşanmaması, demokratiyanın və aşkarlığın təminatında və qorunmasında mühüm ictimai institut olan medianın fəaliyyətinə basqının cəzasız qalmaması üçün Sizə, bütövlükdə Avropanın mütərəqqi media ictimaiyyətinə müraciət edir. Bir daha diqqətinizi baş vermiş hadisəyə çəkərək bəyan edirik ki, Xatirə Sərdarqızına qarşı törədilmiş zorakılıq və terror azad media dəyərlərinə münasibətdə saymazlıqdır, plüralizmə açıq meydan oxumaq cəhdidir. Əminik ki, bu cür cəhdlərin gələcəkdə daha hansı xoşagəlməz durumlara gətirib çıxaracağını düşünəcəksiniz. Sıralarında Azərbaycanın aparıcı media vasitələrini, jurnalist təşkilatlarını birləşdirən Azərbaycan Mətbuat Şurası Sizi duruma barışmaz yanaşmağa, söz və ifadə azadlığının toxunulmazlığı baxımından qətiyyətli və prinsipial mövqe nümayişinə çağırır”.
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
Bu yollarda tıxac var - SİYAHI
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS
Bu məktəblərdə dərslər onlayn olacaq - RƏSMİ AÇIQLAMA
Paytaxtın dəyişdirilməsi Bakının problemini həll edəcəkmi? – Ekspert AÇIQLADI - VİDEO
Pəhləvan Elmin Mehdiyevin şouları: Əyləncə, yoxsa israf? - SOSİOLOQ










