Mətbuat Şurası jurnalistlərin siyahısını Operativ Qərargaha təqdim edib

Mətbuat Şurasının (MŞ) Nazirlər Kabineti yanında Operativ Qərargahla apardığı müzakirələr nəticəsində əmək müqaviləsi olmayan, xidməti müqavilə ilə frilans kimi çalışan jurnalistlərin sərbəst fəaliyyətlərinə icazə verilməsi barədə razılıq əldə edilib.
Şuraya bununla bağlı müraciət edən kütləvi informasiya vasitələri və jurnalistlərin siyahısı Operativ Qərargaha təqdim olunub.
Bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən fəaliyyətinə icazə verilən istiqamətlər sırasında kütləvi informasiya vasitələri də yer alıb.
“Bununla belə MŞ-yə mövcud istiqamətdəki sui-istifadələr barədə məlumatlar daxil olur. Belə hallar Şuranın Daxili İşlər Nazirliyi ilə birgə monitorinq qrupu tərəfindən diqqətdə saxlanılır.
Eyni zamanda real jurnalistlik fəaliyyəti ilə məşğul olan elə jurnalistlər də var ki, əmək müqaviləsi ilə çalışmadıqlarından problemlərlə üzləşirdilər. MŞ belə halların da nəzərə alınmasının tərəfdarıdır və qurumun Operativ Qərargahla əldə etdiyi razılıq bundan irəli gəlir.
Mətbuat Şurası bir daha bildirir ki, jurnalistika, fəaliyyəti cəmiyyət üçün zəruri sahə olduğundan, media təmsilçilərinin iş sərbəstliyinə icazə verilib. Ancaq bu o demək deyil ki, sərbəstlik tam məhdudiyyətsizlik kimi başa düşülsün. Ümumən karantin rejimində müəyyənləşdirilmiş tələb və tövsiyələrə əməl olunması şərtdir. “Evdə qal” prinsipinə riayət mütləqdir. Jurnalistlər, əgər bunun üçün imkanları varsa, mümkün qədər öz yaşayış yerlərində fəaliyyətlərini davam etdirməlidirlər. KİV rəhbərlərinin məsələyə həssas yanaşmaları tövsiyə olunur. Nəzərə alınmalıdır ki, bayırda, insanlarla daha çox təmas infeksiyaya yoluxma riskini artırır”, - deyə məlumatda qeyd olunub.
Tıxacların qarşısını almaq üçün çevik iş qrafiki tətbiq edilə bilər? - VİDEO
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB










