“Mətbuatda gedən vəzifəli şəxslərin korrupsiya ilə bağlı məlumatları araşdırılır” – Baş Prokuror

“Korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin tərkib hissəsidir. Bu bəlaya qarşı mübarizə daim aparılır. Hələ də qarşımızda duran bir sıra vəzifələr mövcuddur”. Avtosfer.az bildirir ki, bu sözləri Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev “Milli Məclis” jurnalına müsahibəsində deyib. Onun sözlərinə görə, korrupsiyaya qarşı mübarizə prokurorluğun əsas fəaliyyət istiqamətlərindən biridir və bununla əlaqədar ixtisaslaşdırılmış cinayət təqibi orqanı olan Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən bu sahədə bir çox iş görülür:
“Ölkə həyatının müxtəlif sahələrin də aşkar edilən korrupsiya faktları ilə əlaqədar cinayət işləri istintaq olunur, həbslər aparılır. Korrupsiyaya qarşı mübarizə sahəsində cənab Prezident İlham Əliyevin siyasi kursuna uyğun olaraq məqsədyönlü işlər görülür və bundan sonra da prokurorluq orqanları tərəfindən bu sahədə ciddi tədbirlərin görülməsi, o cümlədən korrupsiya şəbəkələrinin, korrupsiya sxemlərinin aşkar edilərək təqsirli şəxslərin məsuliyyətə cəlb olunması təmin ediləcək».
Baş Prokurorun sözlərinə görə, bu sahədə mübarizə tək Baş İdarə tərəfindən deyil, bütün prokurorluq orqanları, o cümlədən digər hüquq mühafizə və dövlət qurumları ilə əlaqəli şəkildə aparılır.
K. Əliyev deyib ki, korrupsiyaya qarşı mübarizə sahəsində vətəndaş cəmiyyətinin rolunu xüsusi vurğulamaq lazımdır. “Bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə qurulmuş sıx əlaqələr, onlarla birlikdə keçirilən maarifəndirici tədbirlər mübarizənin efektivliyinə müsbət təsir göstərir”.
“Korrupsiyaya qarşı mübarizədə mətbuatın da rolu böyükdür. Belə ki, mətbuatda müxtəlif vəzifəli şəxslər tərəfindən korrupsiya hallarına yol verilməsi barədə yayımlanan məlumatlar araşdırılır və həmin məlumatlar öz təsdiqini tapdığı halda müvafiq tədbirlər görülür”-deyə Baş Prokuror vurğulayıb.
Baş Prokurorun sözlərinə görə, həmçinin vətəndaşlarla ünsiyyətin yeni formatı olan Baş Prokurorluğun rəsmi sosial media hesablarında keçirilən #sualcavab sessiyaları zamanı korrupsiya hüquqpozmaları barədə məlumatlar da daxil olmaqla qəbul edilən çoxsaylı müraciətlərə baxılır və qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada tam, obyektiv və hərtərəfi araşdırmanın aparılması təmin olunur: “Korrupsiya şəbəkələrinin aşkarlanması barədə məlumatların ictimailəşdirilməsi, cinayətin cəzasız qalmadığının cəmiyyətə çatdırılması müəyyən mənada şəxsləri cinayət törətməkdən çəkindirir”.
İlham Əliyev ilə Nikol Paşinyan arasında görüş başa çatdı - FOTOLAR - VİDEO - YENİLƏNİB
Heyvanların yola çıxmasının qarşısını necə almaq olar? – TƏKLİF
Bu yollarda tıxac var - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər - FOTO
Hikmət Hacıyev: "Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var"
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI










