Metro bağlandı, avtobuslarda vəziyyət necədir? - FOTO

Məlum olduğu kimi, ötən axşamdan etibarən Bakı Metropolitenində qatarların hərəkəti dayandırılıb.
Dünən saat 22:00-dan bağlanan metronun ən tezi aprelin 20-də açılacağı gözlənilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın bu qərarından sonra metrodan istifadə edən sərnişinlər də avtobuslara üz tutub.
Bakı Nəqliyyat Agentliyinin sözcüsü Mais Ağayev AzTV-yə açıqlamasında bildirib ki, bu gün səhər saatlarında marşrut avtobuslarında sıxlıq müşahidə edilib:
“Bakı Nəqliyyat Agentliyinin rəhbər şəxsləri ilə birlikdə sərnişinlərlə fərdi söhbət apardıq. Bir çox şəxs zərurət olmadan evdən çıxıb. Düzdür, işə gedənlər də var. Amma xüsusilə, yaşlı insanlar oğlunun, qızının evinə getmək üçün marşrut avtobuslarından istifadə edir. Poliklinikaya getməyi bəhanə edənlər də var. Vətəndaşlara bir daha çağırış edirəm ki, mümkün qədər evdə qalsınlar.
Sərnişin avtobuslarının dezinfeksiya işləri hər gün edilir. Bu, bütün nəqliyyat strukturlarında aparılır. Dayanacaqlar, ödəmə terminallarının dezinfeksiyası daha da artırılır”.
Avtosfer.az olaraq “Qafqazinfo”nun əməkdaşı Pərvin Zeynalın yeni qərardan sonra “Koroğlu” NMM-dəki vəziyyətlə bağlı çəkdiyi fotoları təqdim edirik:











"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












