Metro tunelində qaçan qızlar bacı imiş - ““TikTok” çəkirdik”

Ötən gün metronun “20 Yanvar” stansiyasında platformadan relslərin üzərinə tullanaraq tunel istiqamətinə qaçan qızlar sərbəst buraxılıb.
Avtosfer.az-ın məlumatına görə, yetkinlik yaşına çatmayan qızların iki bacı olduğu müəyyən edilib. İlkin araşdırmalar zamanı bəlli olub ki, qızlar tuneldə "TikTok" sosial şəbəkəsində paylaşmaq üçün video çəkməyi planlaşdırıblar. Belə ki, onlar qatarın yaxınlaşdığı anda qaça-qaça video çəkərək həmin görüntüləri səhifələrində yerləşdirməyi düşünüblər. Lakin qızlar tunel istiqamətinə qaçan kimi dərhal saxlanılıblar və Bakı Metropolitenində Polis İdarəsinə aparılıblar.
İdarədə qızların şəxsiyyəti müəyyən edilib. Məlum olub ki, onlar Sumqayıtda yaşayırlar və ataları Türkiyə vətəndaşı İ.K-dır. Qızların valideyni idarəyə dəvət edilib, daha sonra onların izahatları alınaraq sərbəst buraxılıblar.
Qeyd edək ki, hadisə zamanı dərhal “20 Yanvar-İnşaatçılar” mənzilindən yüksək gərginlik çıxarılıb. Stansiya növbətçisi və polis əməkdaşının səyi nəticəsində hər iki sərnişin yaxalanıb və təhlükəsiz şəraitdə müşayiətlə “20 Yanvar” stansiyasına çıxarılıb. Qatarların hərəkəti bərpa olunub. Bu hadisə səbəbindən xətlərdə ümumən 6 dəqiqə yubanma yaranıb.
“Qafqazinfo”
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












