Metroda mübahisə etdikləri şəxslərə silahla atəş açdılar - VİDEO

Rusiyanın Sankt-Petrburq şəhərində metroda baş verən silahlı atışmanın görüntüləri təhlükəsizlik kameralarına düşüb. Avtosfer.az xəbər verir ki, insident martın 2-də “Akademik” stansiyasında qeydə alınıb.
Məlumata görə, üç oğlan və bir qız iki əcnəbi vətəndaşla aralarında mübahisə yaranıb. Dava zamanı təhrikçilərdən biri qaz tapançanı əcnəbilərə istiqamətləndirərək atəş açıb.
Münaqişə metronun vaqonunda növbəti stansiyaya qədər davam edib.
Bundan sonra cinayətkarlar tapançanı platformaya atıblar və qaçaraq gizləniblər. Əcnəbilər isə polis əməkdaşlarını gözləməyərək şəhər mərkəzinə tərəf gediblər.
Hadisədən 12 saat sonra asayiş keşikçiləri 19 və 22 yaşlarında iki nəfəri saxlayıblar. Hüquq-mühafizə orqan əməkdaşlarının versiyasına görə, metroda silahlı xuliqanlıq edən şəxslər məhz yaxalanan bu iki nəfər olub.
Polis, 19 yaşlı oğlanın “Zərbə” tapançasından ən azı iki dəfə atəş açdığını bildirib.
Tutulan hər iki şəxs əvvəllər bir neçə dəfə polis bölməsinə düşüblər, hətta onlardan biri əvvəllər məhkumluq həyatı da yaşayıb.
Şübhəlilərə qarşı xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb.
Namiq Musayev
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












