Metroda qoluna iynə batırılan qızı üç gün sonra çılpaq halda tapdılar - FOTO - VİDEO

Yoldan keçən şəxs çöllükdə zibil torbasının içində çılpaq və əlləri bağlı yeniyetmə qız tapıb. 16 yaşlı qız çaşqın vəziyyətdə olub. Zərərçəkən polisə onu kimin qaçırdığını və ya son bir neçə günü harada keçirdiyini deyə bilməyib.
Hadisə Meksikanın Mexiko şəhərində baş verib.
Məlumata görə, 16 yaşlı Mariya Angela Holguin metro stansiyasında anasını gözləyərkən itkin düşüb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları müşahidə kameralarında bir kişinin qızın qolundan tutaraq apardığını görüblər, ancaq qızın könüllü getmədiyi aydın müşahidə edilib. Sonra onlar gözdən itiblər.
Qızın anasının sözlərinə görə, Mariya yoxa çıxmazdan bir qədər əvvəl sanki camaatın içindən kiminsə onu iynə ilə sancdığını deyib və qolundakı ağrılardan şikayətlənib.
Qızı tapmaq üçün axtarış qrupları təşkil edilib.
Üç gündən sonra yerli sakinlərdən biri şəhərin kənarındakı boş ərazidən keçərkən qışqırıq eşidib. Səs gələn tərəfə yönəlib və orada zibil torbasının içində Mariyanı tapıb.
Polisə ifadə verərkən zərərçəkən bir çox yeniyetmə qızlar və gənc qadınlarla birlikdə əsirlikdə olduğunu bildirib.
Qeyd edək ki, Meksikanın İtkin Şəxslər üzrə Milli Komissiyasının məlumatına görə, ölkədə hər gün 7 qadın itkin düşür. Hadisələrin 70 faizindən çoxu 16 yaşlı qızın qaçırıldığı həmin ərazidə baş verib.
oxu.az
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












