Metronun “Həzi Aslanov” stansiyası bağlanır? - AÇIQLAMA

Bakı metrosunun stansiyalarından birinin təmirə bağlanacağı barədə məlumat yayılıb.
Avtosfer.az xəbər verir ki, söhbət metronun “Həzi Aslanov” stansiyasından gedir. İddialara görə, il ərzində “Həzi Aslanov” stansiyası da daxil olmaqla bir çox stansiyalarda genişmiqyaslı təmir işlərinin gedəcəyi gözlənilir.
İlk təmir işlərinin isə yaxın günlərdə qrunt suları axdığı üçün “Həzi Aslanov” stansiyasından başlanacağı deyilir.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov stansiyaya qrunt sularının axması faktını Oxu.Az-a təsdiq edib.
Qurum sözçüsü sorğumuza cavab olaraq bildirib ki, bayram günləri və həmin ərəfələrdə “Həzi Aslanov” stansiyası ilə ona bitişik tunelə yaxın məsafədən keçən kommunikasiya xətlərindən birində yaranmış nasazlıqla əlaqədar qeyd edilən sahələrdə axıntıların qarşısının alınması zərurəti yaranıb:
“Əlaqədar təşkilatlarla birlikdə problemin qarşısı vaxtında alınıb. Sərnişinlərin hərəkət təhlükəsizliyi və rahatlığı ilə bağlı problem yaranmayıb”.
O bildirib ki, planlı təmir işləri başlanmazdan əvvəl stansiyaların bağlanması və ya hər hansı məhdudiyyətlərin tətbiqi zərurəti yaranırsa, ictimaiyyətə əvvəlcədən məlumatlar verilir.
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO












