Meyiti tapılan qızın anası Qarabağ bəyanatına görə dindirilir

Tbilisi Şəhər Məhkəməsində 23 yaşlı proqramçı Tamar Baçaliaşvilinin anası Teona Tamazaşvilinin hakimin iştirakı ilə dindirilməsi başa çatıb.
Ailənin vəkili Mixeil Ramişvili qadının bütün suallara hərtərəfli cavab verdiyini bildirib.
Onun sözlərinə görə, sorğu-sual zamanı T.Tamazaşvilinin Gürcüstanın üç yüksək vəzifəli şəxsinin Qarabağ müharibəsi üçün silah tədarükü ilə bağlı bəyanatına dair suallar verilib.
Vəkil deyib ki, T.Baçaliaşvilidə bu məsələ ilə bağlı bəzi informasiyalar olub və bu barədə anasına danışıb, lakin silah barəsində konkret söhbət olmayıb: “Tamar anası ilə bəzi detallar barədə danışıb, lakin silah haqqında konkret nəsə deməyib. Tamar hər hansı bir gərginliyin ola biləcəyini və çox şey bildiyini söyləyib”.
********19:13**********
Gürcüstanda ötən ay avtomobildə meyiti tapılan 23 yaşlı proqramçı Tamar Baçaliaşvilinin anası Teona Tamazaşvili vəkili Mixeil Ramişvili ilə birgə Tbilisi Şəhər Məhkəməsinə çağırılıb.
Qadın bu yaxınlarda Qarabağ müharibəsi üçün silah tədarükü ilə bağlı səsləndirdiyi bəyanatla bağlı dindirilir.
M.Ramişvilinin sözlərinə görə, müdafiə etdiyi şəxs istintaq orqanlarının bütün suallarına cavab verəcək.
T.Tamazaşvili Baş Prokurorluqda deyil, məhkəmədə hakimin iştirakı ilə sorğu-sual olunmaq istəyib.
Qeyd edək ki, Kvemo Poniçala sakini olan T.Baçaliaşvilinin meyiti ona məxsus “Hyundai” markalı avtomobildə iyulun 23-də Tetritskaro meşəsində aşkarlanıb. Qızın ailə üzvlərinin avqustun 30-da Baş Prokurorluğun binası qarşısında keçirdikləri aksiyada “Üç yüksək vəzifəli məmur Qarabağ müharibəsi üçün Azərbaycana qarşı silahla təminat həyata keçirib” sözlərinin yazıldığı plakat tutulub.
T.Tamazavili mənbəyə istinadla bildirib ki, qızı bir neçə faylı təsadüfən açıb və silahla təminat sxemini deşifrə edib. Ana Azərbaycan və Türkiyə hökumətlərini qızının ölüm faktı ilə maraqlanmağa çağırıb. (“Report”)
Qazaxıstan Rusiyaya yanacaq satmağa hazırlaşır? – Politoloqdan səs gətirən İDDİA
Avtomobili pandusun qarşısında saxladı; əlilə mane oldu – VİDEO
"Arzum" niyə 5 il 2 ay müddətinə həbs edildi? - Hakimdən AÇIQLAMA
Nəqliyyat sahəsində azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb
DSX-də ard-arda ölümlərin səbəbi nədir?
Final matçının fantastik bilet qiymətləri – Ən ucuzu və ən bahası
Bakıda kirayə mənzil qiymətləri niyə artıb? - EKSPERT
Avropa Komissiyasının Prezidenti Bakıya niyə gəlib? - AÇIQLAMA
Rusiya 13 il əvvəl qadağan edilmiş yanacağa qayıdır
Regional Bağlantı İnvestisiya Konfransı Bakıya nə qazandıracaq? – EKSPERT
Arzum məhkəmə zalında HƏBS EDİLDİ - FOTO










