"Mikroavtobuslar, "1 manatlıq" taksilər sağlamlıq üçün böyük təhlükə yaradır" - RƏY

Koronavirus infeksiyasının sürətlə yayıldığı bir vaxtda təhlükənin qarşısını almaq üçün metrodan istifadə müddəti minimuma (5 saat) endirilib. Bu səbəbdən Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən mətro stansiyaları arasında fəaliyyət göstərən ekspres marşrut xətləri açılıb. Marşrutlarda sıxlığın yaranmaması və sərnişinlər arasında məsafənin qorunması üçün oturacaqlardan artıq sərnişinlər avtobuslara götürülmür.
Lakin bu da bir sıra problemlərin ortaya çıxmasına səbəb olub. Belə ki, dayanacaqlarda qalan sərnişinləri kiçiktutumlu marşrutlar heç bir qaydaya əməl etmədən götürür, bəzi taksi sürücüləri isə ekspress xətlərin marşrutu istiqamətində adambaşına 1 manatdan olmaqla, 4-5 sərnişin götürərək xidmət göstərirlər.
Mövzu ilə bağlı "Report"a açıqlama verən nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, hazırda xüsusi karantin rejiminin olmasına baxmayaraq, xəstəxanalar, apteklər, marketlər və bir sıra vacib obyektlər fəaliyyətlərini davam etdirirlər:
"Təbii ki, burada əsas məsələ sözügedən sahələrdə çalışan şəxslərin daşınmasını təmin etməkdir. Evdən çıxması zəruri olmayan şəxslər isə maksimal dərəcədə evdə qalmağa çalışmalıdır ki, nəqliyyatda əlavə sıxlığın yaranmasına səbəb olmasınlar. Bəzən zəruri olmadan evdən çıxan, harasa gedən şəxslərə görə, bəlkə də, işə getməsi vacib olan şəxslər sosial məsafə qaydalarına görə həmin avtobuslara minə bilmir".

Ekspert bildirib ki, ictimai nəqliyyatda təhlükəsizlik baxımından sosial məsafə saxlanılması məsələsini BNA düzgün düşünüb:
"Lakin sərnişilər artıq başqa addımlar atmağa başlayıblar, kiçik həcmli marşrut avtobuslarına, "1 manatlıq" taksilərə əyləşirlər. Bu da özlüyündə çox böyük təhlükədir və belə şəraitdə yoluxma ehtimalını artıraraq insan sağlamlığı üçün risk yaradır".
E.Cəfərovun sözlərinə görə, BNA bu məqamda sıxlıq olan marşrut xətlərinə daxil olan avtobus sayını artıra bilər: "Vətəndaşlarımızın kiçik həcmli avtobuslardan və taksilərdən istifadəsinin qarşısını almaq üçün BNA həmçinin məcburi olaraq kiçik həcmli avtobuslara və taksilərə sosial məsafənin saxlanılması və sərnişin sayının azaldılması ilə bağlı qadağalar tətbiq edə bilər".
Son olaraq ekspert vətəndaşlara müraciət edib:
"Təəssüf ki, hələ də zəruri olmadığı halda ictimai nəqliyyatdan istifadə edən vətəndaşlarımız var. Küçələrdə isə daha çox yeniyetmələrə rast gəlmək olur ki, onlar birgə toplaşmağa daha çox maraq göstərirlər. İnsanlara müraciət edərək bildirmək istəyirəm ki, lüzum olmadan küçəyə çıxmasınlar və vacib olmadıqca ictimai nəqliyyatdan istifadə etməsinlər".
İlham Əliyev Qətər Əmirinə başsağlığı verdi
Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO
Tovuz döyüşlərindən 6 il ötür
Ulu Öndərlə səngərdə çəkilən şəkil Prezidentə göstərildi - VİDEO
Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir - Prezident
Benzin qıtlığı rusları bunu etməyə vadar edir - VİDEO
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO
Əli Əsədov turizmin inkişafına həsr olunmuş iclas keçirdi - FOTOLAR
Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?
Qondarma "erməni soyqırımı" mövzusu Azərbaycanın tələbi ilə bağlanılıb? - POLİTOLOQ










