Millət vəkili BNA rəsmisinin taksilərlə bağlı fikrini tənqid edib

“Bakı Nəqliyyat Agentliyi taksilərdə mövcud aşağı standartın qaldırılması (nasaz maşınların dəyişdirilməsi, taksilərdə təhlükəsizliyin, təmizliyin qorunması və s.) ətrafında iş aparmalıdır. Amma taksilərdə olan qiymətin aşağı və ya yuxarı olması kimi məsələlərə müdaxilə etməməlidir. Bazar iqtisadiyyatı şəraitində tariflər rəqabət nəticəsində formalaşmalıdır”.
Bunu deputat Nigar Arpadarai “Facebook” səhifəsində bu gün Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri Hikmət Babayevin “Taksidən istifadə etmək müəyyən imkanlara bağlı olmalıdır və taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil” fikirlərini tənqid edərkən bildirib. Onun sözlərinə görə, BNA-nın elan etdiyi konsepsiya tətbiq olunarsa (taksilərdə vahid, daha yüksək qiymət müəyyən olunarsa), bu, həm taksi sürücüsü kimi fəaliyyət göstərən, həm də taksidən istifadə edən vətəndaşların sayının aşağı düşməsinə gətirib çıxaracaq. Bu isə cəmiyyət üçün mənfi nəticələnəcək: “Hazırda çətin dövrdə yaşayırıq, bir çox vətəndaşımız əlacsızlıqdan, işin olmaması səbəbindən taksi sürücüsü kimi işləyir. Bu vətəndaşlar onsuz da az qazanır, onları bu qazancdan da məhrum etmək olmaz.
Digər tərəfdən pandemiya dövründə metro işləmir, avtobuslarda sıxlıq olur, insanlar yoluxma riskini aşağı salmaq üçün taksidən istifadə edir. BNA rəsmiləri bunu mütləq nəzərə almalıdır.
Daha bir məqam, BNA-nın arqumentlərindən biri xarici şirkətlərin Bakıda qeydiyyatdan keçmədən taksi fəaliyyəti ilə məşğul olaraq, ucuz qiymət tətbiq etməsi və digər taksi şirkətlərinin işinə mane olmasıdır. Bu, tariflə birbaşa əlaqəsi olmayan, tənzimləməyə bağlı olan bir məqamdır. Aidiyyatı olan qurumların məsələni düzgün tənzimləməsi nəticəsində məsələ həll oluna bilər”. (APA)
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












