Millət vəkili bu rayonların sakinləri üçün kompensasiyaedici addımlar atılmasını təklif edir

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov parlamentin bu gün keçirilən iclasında çıxış edərək, İranla sərhədyanı rayonların sakinləri üçün kompensasiyaedici addımlar atılmasını təklif edib.
Avtosfer.az Ucnoqta.az-a istinadən xəbər verir ki, millət vəkili bu məsələnin hökumət qarşısında qaldırılmasını Parlament rəhbərliyindən xahiş edib:
"Bildiyiniz kimi, koronovirus təhlükəsinin qarşısının alınması tədbirləri çərçivəsində Azərbaycanla İran arasında gediş-gəliş tam məhdudlaşdırılmışdır. Bu özlüyündə çox müsbət addımdır və virusun ölkədə yayılmaması üçün həlledici qərarlardan biridir. Lakin bu qərar sərhədyanı rayonlarımız, bu qəbildən seçildiyim Biləsuvar rayon sakinləri üçün əlavə problemlərə yol açıb".
Deputat qeyd edib ki, ərzaq və gündəlik tələbat malları İranda daha münasib qiymətə olduğu üçün, Biləsuvar sakinləri (eləcə də digər sərhədyanı rayonlar) bu tip məhsulları şəxsi istifadə həddində İrandan tədarük edirdilər: "Sərhədlərin bağlanması ilə vətəndaşlar ucuz məhsul almaq imkanından məhrum olmuşlar. Təbii ki, mən dövlətin qərarını dəstəkləyirəm. Lakin hesab edirəm ki, insanları da başa düşməliyik və Biləsuvar və analoji rayonlarımızda ərzaq və digər gündəlik tələbat məhsullarının qiymətlərinin ucuzlaşması üçün vergilərin götürülməsi, azaldılması və s. kimi kompensasiya edici addımlar atılmalıdır. Tədbirlərin qısamüddətli olmasını nəzərə alaraq bu məsələnin dövlətimiz üçün elə də ciddi xərclərə səbəb olmayacağı qənaətindəyəm"- deyə Bəhruz Məhərrəmov bildirib.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI











