Millət vəkilindən ictimai nəqliyyatla bağlı qadağaya SƏRT REAKSİYA

Millət vəkili Vüqar Bayramov qeyri-iş günlərində və eləcə də həftəsonlarında ictimai nəqliyyatın işləməməsini sərt tənqid edib. O, bu barədə “Facebook” hesabında yazıb. Onun sözlərinə görə, bazar günü saat 00:00-dan 16 may saat 06:00-dək ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq:
“Nazirlər Kabinetinin iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci ilin 11 və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirərək həmin müddətdə ictimai nəqliyyatın da fəaliyyətini dayandırıb.
Hələlik heç bir ölkədə və eləcə də elmi araşdırmalarda qeyri-iş günlərində və eləcə də həftəsonlarında ictimai nəqliyyatın işləməməsinin yoluxma sayına təsirlərini ölçə bilən konkret metodlar yoxdur”.
“Digər tərəfdən, oxşar praktikadan, yəni ictimai nəqliyyatın fəaliyyətinə icazə verilməməsi, bu il Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində də istifadə olunub. Amma qeyri-iş günlərindən sonra biz ölkəmizdə yoluxma sayının artmasını müşahidə etdik.
Bu baxımdan, qeyri-iş günlərində və həftəsonlarında ictimai nəqliyyatın fəaliyyətinin bərpası məqsədə uyğun olardı. Bir sıra inkişaf etməkdə olan ölkələrin praktikasını nəzərə alsaq, pandemiya dövründə qeyri-iş günlərində ictimai nəqliyyat fəaliyyətini dayandırmır, sadəcə müddəti qısa olur.
Xüsusən də günün aktiv saatlarında nəqliyyatın işinin bərpası daha məqsədəuyğun olardı. Bu qeyri-iş günlərində müşahidə olunan nəqliyyat probleminin həllinə gətirib çıxara bilər”, - deyə o əlavə edib.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












