Millət vəkilindən yol çəkənlərə sərt ittiham

«Bir günlük yağış yağması nəticəsində gölə çevrilən bu cür yolları bu məzlum vətəndaşa sırıyanları bir-bir gətirib o gölün suyunu boğulana qədər içirtmək lazımdır. O zaman yeyilən bütün pulları mədələrindən geri qaytaracaqlar". Bu fikirlər millət vəkili Fazil Mustafaya məxsusdur. Deputat yağış yağar-yazmaz Bakı küçələrinin sel basmasından şikayətlənib və yol çəkən qurumları qınayıb. Avtosfer.az həmin statusu olduğu kimi təqdim edir: "Binəqədidən Məmmədəmin Rəsulzadə qəsəbəsinə gələn yolda yağış nəticəsində yaranan bir neçə kilometrlik üzgüçülük hovuzunda çox sayda Rusiya istehsalı maşınlar qalmışdı. Sürücülər hətta yerə düşə bilmirdilər, çünki su maşının içinə dolurdu. Bəlkə də belə bir rəmzi məna çıxarmaq olar ki, Rusiya istehsalı olan düşüncə və anlayışlar da əvvəl-axır yollarda qalacaq. Ancaq belə yolları bu millətə rəva görənlər, insanlarımıza bu qədər mədəyə ötürülən vəsaitlə alt yapısız belə bir yolu sırıyanlar hamımızı yarı yolda qoyacaqlar.
Bir günlük yağış yağması nəticəsində gölə çevrilən bu cür yolları bu məzlum vətəndaşa sırıyanları bir-bir gətirib o gölün suyunu boğulana qədər içirtmək lazımdır. O zaman yeyilən bütün pulları mədələrindən geri qaytaracaqlar. Yağış da, qar da təbiətin gözəllikləridir, gör nə vəziyyətdəyik ki, yağış, qar yağanda küçələrdə necə yeriyəcəyimizi, necə maşın sürəcəyimizi düşünürük. Allah bizləri islah etsin!».
Elmin
Bu yollarda tıxac var - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI












