Milli Məclisin keçmiş komitə sədrləri xidməti avtomobillərini təhvil verib

VI çağırış Milli Məclisin komitə sədrlərinə xidməti avtomobillərlə təmin edilib. V çağırış Milli Məclisin komitə sədrlərinin bir neçəsinin avtomobili yeni seçilən komitə sədrlərinə verilib. Məlumatı V çağırış Milli Məclisin Elm və təhsil komitəsinin sədri, hazırkı deputat İsa Həbibbəyli “Report”a təsdiqləyib. O bildirib ki, bir qayda olaraq keçmiş komitə sədrləri xidməti avtomobillərini hazırkı komitə sədrlərinə təhvil verirlər: “Mən də öz xidməti avtomobilimi indiki komitə sədri Bəxtiyar Əliyevə təhvil verdim”.
Milli Məclisin komitə sədrləri aşağıdakılardır:
1.Milli Məclis sədrinin I müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri – Əli Hüseynli;
2. Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri – Fəzail İbrahimli;
3. Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri - Аdil Əliyev;
4. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri – Ziyаfət Əsgərov;
5. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev;
6. Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev;
7. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc;
8. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov;
9. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri – Tahir Mirkişili;
10. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov;
11. Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev;
12. Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov;
13. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovа;
14. Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Pаşayeva;
15. Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov.
Milli Məclisin 15 komitəsindən 3-nün sədrinə isə komitə sədri kimi xidməti avtomobil verilməyib. Buna səbəb onların parlamentdə daha yüksək vəzifə sahibi kimi avtomobillə təmin olunmasıdır.
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












