Milyarder Qod Nisanov Azərbaycana 10 təcili yardım maşını göndərdi - FOTO

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində dövlətlə yanaşı, ictimaiyyətin ayrı-ayrı nümayəndələri tərəfindən göstərilən həmrəylik diqqət çəkir.
Avtosfer.az xəbər verir ki, dövlət tərəfindən görülən işlərə vətəndaşların növbəti dəstəyi isə Rusiyada yaşayan həmyerlimizdən gəlib. Rusiyada fəaliyyət göstərən iş adamı Qod Nisanovun təşəbbüsü ilə ölkəmizə 10 təcili tibbi yardım maşını göndərilib.
Xüsusi təyyarə ilə Bakıya çatdırılan maşınlar “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” – TƏBİB-in maddi-texniki bazasının gücləndirilməsi məqsədilə birliyin istifadəsinə verilib.
Hazırda qlobal səviyyədə COVID-19 pandemiyası ilə mübarizə aparıldığı bir dövrdə dövlətlərin və insanların həmrəylik nümayiş etdirməsi yüksək qiymətləndirilir. Çünki bütün zamanlarda hər bir çətinlik və təhlükə birgə səylər nəticəsində dəf olunub. Dünyada yeni növ koronavirus infeksiyasının yayıldığı bir dövrdə də COVID-19 xəstəliyi ilə mübarizə qarşılıqlı dəstək olduqda daha səmərəlidir.(AzərTac)

Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT










