Milyarderlər və siyasətçilərin tvitter hesabları ələ keçirilib

Co Bayden, Bill Qeyts, İlon Mask, Ceff Bezos, Kanye Vest və Barak Obama kimi bir çox məhşur şəxsin tvitter hesabları hakerlər tərəfindən ələ keçirilib.
İstifadəçilərin səhifələrində bir bitcoin hesabına min dollar göndərməyə dəvət edən mesajlar paylaşılıb. Bundan sonra mesajda məbləğin ikiqat qaytarılacağı bildirilib.
Təhlükəsizlik boşluğunun səbəbi hələ ki, bilinmir. Ancaq mütəxəssilərə görə, hadisənin miqyası hücumun tək bir hesabla həyata keçirilmədiyini göstərir.
Hadisədən sonra Twitter səhmləri təxminən 5 faiz dəyər itirib.
"Tvitterdəki hesabların təhlükəsizliyinə mənfi təsri göstərən bir ehmaldan xəbərdarıq. Vəziyyəti araşdırırıq və problemi düzəltmək üçün addımlar atırıq. Hadisə ilə əlaqədar ən qısa müddətdə açıqlama verəcəyik" deyə Twitter Texniki Dəstək səhifəsində bildirilib. ("Qafqazinfo")
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər












