Mingəçevirdə karantin rejimini pozan 3 nəfər həbs edilib - FOTO

Karantin rejim qaydalarının təmin olunması məqsədilə Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Yevlax rayon sakini Habil İbrahimov Mingəçevir şəhərinin girişində yaradılan postda polisin “saxla” əmrinə məhəl qoymayaraq şəhərə daxil olub. Həmin şəxs saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub. Toplanmış material baxılması üçün Şəhər Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə H.İbrahimov inzibati qaydada həbs edilib.
ŞPŞ-nin əməkdaşları xidmət zamanı şəhər sakinləri Asim Cəfərov və Fəqani Ağayevin heç bir zərurət olmadan, sərxoş halda çöldə gəzdiklərini müşahidə ediblər. Həmin şəxslərin barəsində də protokol tərtib olunub və baxılması üçün Şəhər Məhkəməsinə göndərilib. Onlar da məhkəmənin qərarı ilə həbs ediliblər.
Həmçinin, son iki gün ərzində Mingəçevirdə karantin rejim qaydalarını pozan vətəndaşlar barəsində 40-dan artıq inzibati protokol tərtib edilib.
Gültən
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












