Mingəçevirdəki ağır qəzada yaralananlardan yeni xəbər

Mingəçevirdə baş vermiş yol qəzasında yaralanan 12 nəfərdən 9-u evə buraxılıb. Avtosfer.az-ın məlumatına görə, millət vəkili Aydın Mirzəzadə yaralıların vəziyəti ilə maraqlanıb. Bu barədə Aydın Mirzəzadə facebook səhifəsində xəbər yayıb. Millət vəkili qalan 3 nəfər yaralının müalicəsini xəstəxanada davam etdirdiyini qeyd edib. “Mingəçevir mərkəzi şəhər xəstəxanasının baş həkimin müavini İlham həkim Mayılovla telefonla danışdım. 25 mart tarixində Mingəçevirdə baş verən ağır avtomobil qəzasından sonrakı xəstəxanada müalicə olan həmyerlilərimlə maraqlandım. İlk gün xəstəxanaya daxil olmuş 12 nəfərdən artıq 9 nəfəri evə buraxılıb. Qalan 3 nəfər palatada müalicə alırlar, vəziyyətləri yaxşıdır, həyatları üçün heç bir qorxu yoxdur. Şəhərdə kollektivlərin və tək-tək insanların öz təşəbbüsləri ilə yaralanmış şəxslərin evlərinə gedərək yardım etmələri barədə xəbərlər eşidirəm”, - deyə deputat bildirib.
Elmin
Bu yollarda tıxac var - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI












