Mingəçevirin icra başçısının ərköyün oğlu yenə avtoqəza törədib - Gizlin saxlanılır
Gündəm
17 Noyabr 2021 13:55

Mingəçevir şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılovun kiçik oğlu Orxan İsmayılovun avtomobil qəzası törətməsinə dair xəbər dolaşır. Asiya.az-a verilən məlumata görə, hadisə bir neçə gün əvvəl şəhidlərin ildönümündə Mingəçevirin özündə baş verib. Bildirilir ki, icra başçısının oğlu Orxan İsmayılov özünə ad günü keçirdiyi gün axşam saatlarında idarə etdiyi “Jeep” markalı avtomaşınla qəza törədib. Belə ki, icra başçısının oğlu öz maşını ilə “Mersedes” markalı, 10-RN-441 dövlət nömrə nişanlı maşını qabaq hissəsindən vuraraq səkiyə atıb, nəticədə "Mersedes"in sürücüsü Ruslan Əliyevin hadisənin təsirindən qolu sınıb.
Məlumatda bildirilir ki, qəzanın ardından Orxan atası İlham İsmayılova xəbər verib və icra başçısının göstərişi ilə ərköyün oğlunun maşını hadisə yerindən aparılıb. Qəzada xəsarət alan Ruslana isə yeni maşın alacaqları vədilə 7 min beş yüz manat pul verildiyi, Ruslanın da həmin pulla Gəncədə müalicələrə cəlb edildiyi iddia edilir.
Məlumata görə, Ruslanın sınıq xəsarətinin müalicəsinə tanınmış travmotoloq-cərrah Məzahir həkim cəlb edilib. İcra başçısının istəyilə hadisənin ictimaiyyətdən gizlədildiyi və yerli polis araşdırmasından yayındırıldığı, yumşaldıldığı da bildirilir.
Xatırladaq ki, Mingəçevirin icra başçısının oğlunun avtoxuliqanlığı haqda hələ ötən ilin iyununda da informasiya yayılmışdı. Orxan İsmayılov 2020-ci ilin yayında idarə etdiyi Land Cruiser markalı 45 -- 710 dövlət nömrə nişanlı avtomobillə Mingəçevir şəhər icra hakimiyyəti tərəfdən hərəkətdə olarkən teatr binası istiqamətində dönüb giriş qadağasını pozmuşdu. Eləcə də bir ailənin haqlı narazılığını da qəbul etməyərək həmin şəxslərlə insident yaşamışdı.
Oxunub : 4510
DİGƏR XƏBƏRLƏR
7 Oktyabr 2026 20:50
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
7 Oktyabr 2026 20:00
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
7 Oktyabr 2026 18:23
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
7 Oktyabr 2026 18:14
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
7 Oktyabr 2026 18:05
Bu yollarda tıxac var - SİYAHI
7 Oktyabr 2026 17:54
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
7 Oktyabr 2026 16:11
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
7 Oktyabr 2026 15:00
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
7 Oktyabr 2026 14:00
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
6 Oktyabr 2026 15:18
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
6 Oktyabr 2026 15:11
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
6 Oktyabr 2026 13:41
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
ŞƏRH YAZ











