Moskvadakı paradda bu ölkələr iştirak edəcək - SİYAHI

Moskvada faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş Qələbə Paradında 29 xarici ölkə lideri iştirak edəcək.
Avtosfer.az APA-ya istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlrinə görə, KXDR 9 May Qələbə Paradında səfir səviyyəsində təmsil olunacaq:
“Mayın 8-də axşam Kremldə xarici nümayəndə heyətlərinin başçıları üçün böyük ziyafət keçiriləcək. Biz çoxsaylı xarici qonaqlar dəvət etmişik. Gözləyirik ki, Qələbə Paradında dəvət etdiyimiz ölkələrdən 29 lider iştirak edəcək”.
Kreml təmsilçisi qeyd edib ki, bunlar Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Abxaziya, Bosniya və Herseqovina, Braziliya, Burkina-Faso, Venesuela, Vyetnam, Qvineya-Bisau, Misir, Zimbabve, Çin, Konqo, Kuba, Laos, Monqolustan, Myanma, Fələstin, Serbiya, Slovakiya, Ekvatorial Qvineya, Efiopiya və Cənubi Osetiyadır.
Uşakov prezident Putinin Moskvaya gələcək xarici ölkələrin dövlət başçıları ilə ikitərəfli görüşlərinin keçiriləcəyini də söyləyib. Qeyd edib Rusiya lideri, Çin, Özbəkistan, Serbiya, Slovakiya, Konqo, Monqolustan, Vyetnam və Kuba liderləri ilə ikitərəfli danışıqlar aparacaq.
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT












