Mübariz İbrahimovun qəhrəmanlığından 10 il ötür – VİDEO

10 il öncə bu gün bir qəhrəmanlığa şahid olduq. Elə bir qəhrəmanlığa ki, həm bizi üzdü, həm də qürurlandırdı. 18 iyun Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhid olduğu gündür. O gündən Azərbaycan xalqı üçün yeni bir eranın – Mübarizlik erasının başlanğıcı qoyuldu. Mübariz İbrahimov təkbaşına düşmən postuna hücum edərək, Vətəni naminə şəhid olmağı seçdi. Həmin gün gecə saatlarında gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. O, elə birinci həmləsində Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini məhv edir.
Sonra Mübariz düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür. Səhərə yaxın Mübariz İbrahimov döyüşdə qəhrəmanca həlak olur. Prezident İlham Əliyevin Sərəncamı ilə Mübariz İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilir.
Azərbaycanın vətənpərvər oğlu Mübariz İbrahimov İkinci Fəxri xiyabanda dəfn olunub.
Milli Qəhrəman Mübariz İbrahimov haqqında videonu təqdim edirik:
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA











