Müsəlman ölkələrindəki Azərbaycan diasporundan Türkiyəyə DƏSTƏK

Müsəlman ölkələrində yaşayan Azərbaycan diasporunun fəalları Türkiyədə dəhşətli zəlzələdən zərərçəkənlərə yardım kampaniyasında fəal iştirak edirlər.
Avtosfer.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Pakistanda yaşayan Şəhla İsayeva və həyat yoldaşı, eləcə də onların təşəbbüsü ilə TUMSİAD-ın Pakistan filialının üzvləri tərəfindən 93 500 manat (55 304 ABŞ dolları) məbləğində vəsait Türkiyənin bu ölkədəki səfirliyinin hesabına köçürülüb.
Birləşmiş Ərəb Əmirliklərində yaşayan Nuranə Hüseynova və Həsənağa Qurbanın təşkilatçılığı ilə bu ölkədəki Azərbaycan icması 925 manat nağd vəsaiti və 1527 manat (626 ABŞ dolları) məbləğində ərzaq, geyim, yataq dəstlərini və gigiyena vasitələrini Türkiyənin diplomatik nümayəndəliklərinə təhvil verib.
Oman Sultanlığında yaşayan soydaşlarımız Həmid Hacıyev, Ruslan Qaralov və Elməddin Babayev isə zəlzələdən zərərçəkənlərə yardım məqsədilə AFAD-ın hesabına pul köçürüb.
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO












