Müştərini öldürən 15 yaşlı satıcının məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Gülağa Əmiraslanovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Avtosfer.az xəbər verir ki, hakim Azər Paşayevin sədrlik etdiyi prosesdə anket məlumatları dəqiqləşdirilib.
Baxış iclası avqustun 18-ə təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında Abşeron rayonu Xırdalan şəhərində baş verib.
Mağazalardan birində 28 yaşlı Həsənov Fikrət Müşfiq oğlu ilə satıcı, 15 yaşlı Əmiraslanov Gülağa Şahin oğlu arasında mübahisə düşüb.
İlkin məlumata görə, mübahisəyə F.Həsənovun aldığı siqaretin pulunu verməməsi səbəb olub. Mübahisə zəminində G.Əmiraslanov müştərinin ürək nahiyəsindən bıçaqlayaraq öldürüb.
G.Əmiraslanova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











