Mütəxəssis Avstraliyada COVID-19-un müalicəsinin tapılması xəbərinə münasibət bildirdi

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev COVID-19 virusunun Avstraliyada müalicəsinin tapılması barədə mətbuatda yer alan xəbərlərə aydınlıq gətirib.
Avtosfer.az-ın məlumatına görə N.Abdullayev “Report”a açıqlamasında bildirib ki, Avstraliyanın elmi tədqiqatçıları laboratoriya şəraitində (in vitro) araşdırma apararaq İvermectin adlı dərmanın virusa qarşı təsirini öyrəniblər:
“Bu dərman preparatı daha öncədən tibb elminə məlum idi və parazitlərə qarşı (məsələn: bit və qotur xəstəliyi zamanı) hazırda da müalicədə tətbiq edilir. Bundan əlavə, hətta laboratoriya şəraitində (in vitro) daha öncədən HİV və İnfluenzaya da qarşı təsirli olub.
Avstraliyada aparılan tədqiqatda labaratoriya şəraitində öyrənilib ki, bu dərman hüceyrə kulturasında COVID-19 RNA-ı 24 saat sonra 93% azaldır və ümumilikdə isə virus yükünü 5000 dəfə kiçildir. Preklinik testlər olunub və insanlar üzərində tədqiqat aparılmağı isə nəzərdə tutulur. İnsanlar üzərində tətqiqat aparılmadan isə bunun tam təsiri haqqında heç bir dəqiq bir şey demək düzgün deyil.
Unutmamalıyıq ki, hər laboratoriya şəraitində (in vitro) aparılan tətqiqat da canlı üzərində (in vitro) öz təsdiqini tapmır”.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO











