Mütəxəssis: “Maskanı taxdığımız zaman yaranan problemlər COVİD-19 qədər təhlükəli deyil”

Hazırkı pandemiya dövründə insanların tibbi maskadan istifadə etməsi olduqca vacibdir. Bunu tibb elmləri doktoru, professor Adil Allahverdiyev deyib.
Onun sözlərinə görə, əgər maska taxan sağlam insanın yanında maska taxmayan koronavirus xəstəsi varsa, bu zaman həmin sağlam şəxs 5 faiz göstərici ilə özünü qoruya bilər. Hər iki insanda maska olduqda isə sağlam insanın virusdan özünü qoruma göstəricisi 90 faizə yüksəlir: “Uzun zaman istifadə edilən maskanın çox zərərli, təhlükəli olması barədə məlumat yayılır. Deyilir ki, uzun müddət istifadə edilən maska insana bakteriya ötürür və s. Əlbəttə ki, maska taxmaq insanda nəfəs alma ilə bağlı problemlər yarada bilər. Amma unutmayaq ki, maskanı taxdığımız zaman ortaya çıxan problemlər COVİD-19 qədər təhlükəli deyil. Həmin bakteriyalardan ölüm olmaz, amma COVID 19-dan ölüm baş verər. Ona görə də qapalı yerlərdə mütləq maskadan istifadə edilməlidir. Amma yolun kənarı ilə gedirsinizsə və ətrafda insan yoxdursa, o zaman siz maska istifadə etməyə də bilərsiniz”.
Həkim qeyd edib ki, əslində, insanlar tibbi maskadan düzgün şəkildə istifadə etsəydilər, sərt karantin tədbirlərinin tətbiq olunmasına ehtiyac qalmazdı. (Trend)
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT











