Muxtar Babayevin bələdiyyə üzvü olan keçmiş köməkçisi dələduzluqda ittiham edilir

Sumqayıt şəhər Bələdiyyəsinin üzvü, dələduzluqda ittiham edilən Fərid Dəmirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Avtosfer.az xəbər verir ki, iş baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib və hakim Elçin Məmmədovun icraatına verilib.
Cinayət işi üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, Dəmirov Fərid İslam oğlu etibardan sui istifadə edərək, Osmanov Fərhad Heybət oğluna qarşı dələduzluq etməkdə təqsirləndirilir.
Ona Cinayət Məcəlləsinin 178.2.2-cu (təkrar dələduzluq) maddəsi ilə ittiham verilib.
F.Dəmirov 2011-ci ildən Milli Məclisin deputatı Muxtar Babayevin köməkçisi olub.
2018-ci ildə Muxtar Babayev Ekologiya və Təbii Sərvətlər naziri təyin olunduqdan sonra F.Dəmirov nazirliyin Audit şöbəsində sektor müdiri təyin edilib, bir müddət sonra işdən çıxarılıb.
23 dekabr 2014-cü ildən Sumqayıt şəhər Bələdiyyəsinin üzvüdür.
Avtobus dayanacaqlarında hansı dəyişiklik edilməlidir? – TƏKLİF
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO












