Narkotacir “Canavar” və müştəriləri ələ keçdi - FOTO

Şəmkirdə narkotacir və alıcıları saxlanılıb.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupu məlumat yayıb.
Bildirilib ki, Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayon sakinləri, əvvəllər məhkum olunmuş 42 yaşlı Tural Ələsov, 46 yaşlı Vüqar Zamanov və əvvəllər dəfələrlə məhkum olunmuş 42 yaşlı Şirxan Aslanov narkotik vasitələrin qanunsuz satışında və saxlanmasında şübhəli bilindikləri üçün saxlanılıblar.
Onların üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman T.Ələsovdan 1,296 qram, Ş.Aslanovdan 0,253 qram, Vüqar Zamanovdan isə 0,289 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
İlkin dindirilmə zamanı Şirxan Aslanov və Vüqar Zamanov narkotik vasitəni “Canavar” ləqəbi ilə tanıdıqları Tural Ələsovdan aldıqlarını etiraf ediblər.
Bundan başqa, RPŞ əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində, qanunsuz olaraq narkotik saxlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş rayon sakini Dilqəm Məmmədov saxlanılaraq, RPŞ-yə gətirilib və onun üzərinə keçirilmiş baxış zamanı 13,533 qram narkotik vasitə olan həşiş və 0,676 qram qurudulmuş marixuana aşkar edilərək, götürülüb.
Rayon Polis Şöbəsinin daxil olmuş məlumat əsasında keçirdikləri daha bir əməliyyat tədbiri nəticəsində qanunsuz olar narkotik vasitə əkib-becərməkdə şübhəli bilinən yerli sakin, əvvəllər məhkum olunmuş 45 yaşlı Ömər Rzayevin Yuxarı Seyfəli kənd ərazisndəki həyatyanı sahəsinə baxış zamanı oradan beş ədəd ümumi çəkisi 12 kq 400 qram olan çətənə kolu aşkar edilərək götürülüb.
Saxlanılan şəxslər istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktlarla bağlı araşdırma aparılır.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












