Narkotik yetişdirən Qobu sakini saxlanılıb - FOTO

Narkotik tərkibli bitkiləri aqrotexniki qaydada qulluq edərək yetişdirən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Baş İdarənin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir zamanı Abşeron rayonu, Qobu qəsəbəsi sakini Elşən Muxtarov tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 15 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilib. Elşən Muxtarovun Qobu qəsəbəsindəki evinə baxış zamanı əlavə olaraq 2 kiloqram 800 qram qurudulmuş marixuana və həyətində kultivasiya yolu ilə yetişdirdiyi yaş halda çəkisi 9 kiloqram yaxın olan 8 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri satmaq məqsədi ilə əkdiyini bildirib.
Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Elşən Muxtarov təqsirləndirilən şəxs qismində tutularaq istintaqa cəlb olunub. Onun cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.







Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












