Narkotikin təsirində olan şəxs Türkiyə səfirliyinin “BMW”sini oğurlayıb darvazaya çırpdı - FOTO

Rusiyanın Sankt-Peterburq şəhərində səfirliyin avtomobilini qaçıran yerli sakin saxlanılıb. Avtosfer.az xəbər verir ki, insident iyulun 7-də səhər saat 6 radələrində baş verib.
Məlumata görə, 27 yaşlı şəxs Türkiyə Baş Konsulluğunun yerləşdiyi əraziyə hasardan adlayaraq ilk qarşısına çıxan avtomobili qaçırıb.
Bildirilir ki, cinayətkar, avtomobilin siqnalizasiyasının olmamasından və sənədlərlə açarın salonun içərisində olmasından istifadə edərək oğurluğa asanlıqla nail olub.
Avtomobil oğrusu aradan çıxarkən konsulluğun darvazasına da toxunub, ancaq hadisə yerindən çox uzağa gedə bilməyib. Hadisə ilə bağlı konsulluğun mühafizəsi ilə məşğul olan polis naryadlarına məlumat verildikdən sonra, “BMW” cinayətkarla birgə saxlanılıb.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, 27 yaşlı peterburqlu hadisəni törədən zaman narkotik vasitənin təsiri altında olub.
İndi onu Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 166-cı maddəsinin 1-ci bəndi ilə 3 il azadlıqdan məhrumetmə cəzası gözləyir.
Namiq Musayev

Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS










