Nasazlıq səbəbindən yolda qalan maşının təkərlərini oğurlayan ələ keçdi - FOTO

Xızıda ötən ildən bağlı qalan oğurluq hadisəsinin üstü açılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, 28 oktyabr 2020-ci il tarixində naməlum şəraitdə Xızı rayonu Giləzi qəsəbəsi ərazisində texniki nasazlıq səbəbindən yol kənarında saxlanılmış “İTM- İstehsalat Tikinti Mexanizasiya MMC”ə məxsus HOWO markalı yük avtomobilinin ümumi dəyəri 1600 manat olan 4 ədəd təkər komplektinin oğurlanması barədə Xızı RPŞ-nə məlumat daxil olub.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni rayonun Giləzi qəsəbə sakini Alxas Məmmədov tərəfindən törədildiyi müəyyən edilib və həmin şəxs saxlanılaraq istintaqa təqdim olunub.
Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxsin yük avtomobilindən oğurluq yolu ilə əldə etdiyi təkərlərin ikisi, eləcə də oğurluq zamanı istifadə etdiyi alətlərin yeri də müəyyən edilib və şöbə əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.
A.Məmmədov dindirilmə zamanı törətdiyi oğurluq hadisəsini etiraf edib. Onun barəsində Xızı RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












