Naxçıvanda küçələrin yığışdırılması qaydası açıqlanıb

Naxçıvanda küçələrin yığışdırılması qaydası açıqlanıb. Bu barədə “Naxçıvan Muxtar Respublikasının şəhər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nda qeyd edilib.
Qeyd edilib ki, bütün meydan və küçələrdə, bağlarda, parklarda, şəhər nəqliyyatı dayanacaqlarında və s. ərazilərdə kommunal-təsərrüfat orqanları tərəfindən, vağzallarda, Naxçıvan Beynəlxalq Hava Limanında, bazarlarda və digər yerlərdə isə bu təşkilatların rəhbərliyi tərəfindən kifayət qədər tutumlar (urnalar) qoyulmalıdır. Əhali çox olan yerlərdə tutumlar (urnalar) arası məsafə 40 metrdən çox, əhali az olan yerlərdə isə bu məsafə 100 metrdən çox olmamalıdır. Şəhər və rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumlar (urnalar) arası məsafə 100 metrdən çox olmamalıdır. Tutumlar dolma həddindən asılı olmayaraq sistematik təmizlənməlidir.
Ticarət obyektləri tərəfindən obyektlərin yanında və onlara bitişik ərazilərdə tutumlar qoyulmuş sahələrə məhsul ehtiyatlarının yerləşdirilməsinə və anbarlaşdırılmasına yol verilmir. Ətrafda 5 metr radiusunda ərazinin təmizlənməsini ticarət obyekti həyata keçirir.
Yay mövsümündə təkmilləşdirilmiş örtüklü yolların və meydanların mexaniki sulanması və yuyulması şəhər və rayon icra hakimiyyətlərinin müvafiq qurumları tərəfindən planlı formada həyata keçirilir. Yol örtükləri elə yuyulmalıdır ki, yol kənarında yığılmış çirkablar su şırnağı ilə səkiyə və yaşıllıq zolağına sıçramasın.
Yüksək intensivli hərəkət olan küçələr (mikroiqlimin yaxşılaşdırılmasına ehtiyacı olan) ilin isti vaxtlarında sulanmalıdır. Yağış suları üçün kanalizasiya sistemi olmayan yollarda tozu və çirklənməni azaltmaq məqsədilə süpürən-təmizləyən maşından istifadə edilməlidir.
Küçələrdə, parklarda ağaclardan tökülmüş yarpaqlar vaxtlı-vaxtında yığışdırılmalıdır. Yığışdırılmış yarpaqlar xüsusi ayrılmış ərazilərə və ya kompostlaşdırma sahələrinə daşınmalıdır. Yaşayış sahələrində, park və bağlarda yarpaqların basdırılmasına, yandırılmasına yol verilmir. Buz qırıqlarının, çirklənmiş qarın səkilərə, yaşıllıq olan ərazilərə, yaşayış binalarının qarşısına və s. yerlərə yığılmasına yol verilmir. (APA)
Bakı və Abşeron sakinlərinə ŞAD XƏBƏR: 40 dayanacaq olacaq - VİDEO
Yollarda təmir işləri niyə gecikir? – RƏSMİ AÇIQLAMA
Süni intellekt əmək bazarında rəqabətliliyə necə təsir edir? – Ekspert AÇIQLADI
Bu küçədə yaşıllıq görməni məhdudlaşdırır - Sürücülər qəza riski ilə üzləşir - VİDEO
Süni intellektlə hazırlanan materialların paylaşılmasına nəzarət gücləndirilir – YENİ QANUN
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
“BlackBerry”nin avtomobillər üçün yeni texnologiyası GÜNDƏM OLDU - FOTO
Bu şəxslərə hər ay 1500 manat veriləcək – ADLAR
Bakı nəqliyyatında vahid idarəetmə nə vəd edir? - AÇIQLAMA
Yaşlı əhalinin sosial təminatı sahəsində hansı problemlər var? – SOSİOLOQ AÇIQLADI
“Qurtuluş 93”ün yamaqlı yolları sürücüləri təngə gətirib – Yığılan pullar hara sərf olunur? - VİDEO










