Nazir: "BTQ Gürcüstanın nəqliyyat infrastrukturunun imkanlarını əhəmiyyətli dərəcədə artıracaq"

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava TRASECA layihəsinin baş katibi Aset Asavbayevlə görüşüb. “Report”un yerli bürosu xəbər verir ki, görüşdə TRASECA layihəsinin Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafına yönəldiyi bildirilib. Tərəflər Gürcüstanın layihədə iştirakını və gələcək əməkdaşlığının perspektivlərini müzakirə ediblər.
N.Turnava Gürcüstanda iqtisadi tendensiyalar, planlaşdırılan islahatlar, ölkənin nəqliyyat və loqistika imkanlarının gücləndirilməsi üçün hökumətin qəbul etdiyi qərarlar barədə məlumat verib.

Nazir Gürcüstanda həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, Bakı-Tbilisi-Qars dəmir yolu, Şərq-Qərb sürət magistralı və limanların inkişafı ilə bağlı layihələr barədə danışıb. Onun sözlərinə görə, bu layihələrin yekunlaşdırılmasından və istifadəyə verilməsindən sonra Gürcüstanın nəqliyyat infrastrukturunun imkanları əhəmiyyətli dərəcədə artacaq, həmçinin daşınmaların təhlükəsizliyi də gücləndiriləcək. Görüşdə “Orta dəhliz” layihəsi ilə bağlı da fikir mübadiləsi aparılıb. Tərəflər dəhlizin inkişafı üçün əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəliblər.

Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI












