Nazir: Ermənistan Laçın yolunda sui-istifadə hallarının davam etməsində maraqlıdır

Xarici işlər naziri Ceyhun Bayramov erməni həmkarı Ararat Mirzoyanın Azərbaycanın Laçın yolunun başlanğıcında sərhəd nəzarət keçid məntəqəsinin qurulması ilə bağlı təklifini qəbul etməməklə bağlı açıqlamasını şərh edib.
Nazir jurnalistlərə açıqlamasında bildirib ki, bu məntəqələr yaradılsa, hər kəs görər ki, Laçın yolunda hərəkət üçtərəfli bəyanatın tələblərinə uyğun baş verir.
“Düşünürük ki, beləliklə, bütün bu gərginlik aradan qalxar. Bizim çoxsaylı beynəlxalq tərəfdaşlarla olan işçi müzakirələrimiz zamanı da bu təklif sağlam və konstruktiv təklif kimi qəbul edilib. Ancaq əfsus ki, Münxendə Ermənistan tərəfindən buna cavab verilmədi. Üstündən iki gün keçəndən sonra Ermənistan xarici işlər naziri bu təklifin onlar üçün məqbul olmaması barədə bir açıqlama verdi. Bizə görə bunun bir neçə göstəricisi var. Birincisi odur ki, Ermənistan yoldan sui-istifadə hallarının davam etməsində maraqlıdır. Bu hər kəsdə sual doğurmalıdır. İkinci məqam ondan ibarətdir ki, Ermənistanın yanaşmasında böyük ziddiyyətlər var. Ziddiyyət ondan ibarətdir ki, bir tərəfdən Ermənistan bütün beynəlxalq platformalarda bu istiqaməti gündəmə gətirib Azərbaycana təzyiq etmək istəyir, digər tərəfdən isə Ermənistana konstruktiv dialoq təklif olunan zaman Ermənistan bundan əsassız şəkildə yayınır”, - nazir qeyd edib. (apa)
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO












