Nazir müavini Seyfulla Əzimov Dağıstanla sərhədə getdi
Gündəm
17 İyun 2020 12:22

Dağıstan rəhbəri Vladimir Vasilyev Rusiya-Azərbaycan sərhədində baş vermiş insidentlə bağlı iyunun 16-sı Maqaramkent rayonuna gedərək orada müşavirə keçirib. Pravda.az-ın xəbərinə görə, baş nazirin müavini Ramazan Cəfərov vəziyyəti şərh edərək 600-ə yaxın Azərbaycan vətəndaşının Dərbənddəki sərhədi keçmək üçün gözlədiyini açıqlayıb. Cəfərov bildirib ki, onların geri qaytarılması karantin rejiminə görə mərhələlərlə həyata keçirilir. “Azərbaycanlı həmkarlarımız dərhal hamını qəbul edə bilmirlər, buna görə də Azərbaycan Baş Nazirinin müavini Şahin Mustafayevlə razılaşdırılaraq hər həftə 100-130 nəfərin sərhədi keçməsi qəbul edilib. Bu gün də proses baş tutmalı idi, amma dünən Kullar kəndi yaxınlığındakı çadır düşərgəsində olan vətəndaşlar hazırlanan siyahıdan narazılıqlarını bildirdilər. Daha sonra iğtişaşlar başladı, nəticədə polis qüvvələri vəziyyəti sabitləşdirmək üçün müdaxilə etməli oldu. İndi vəziyyət sabitdir. Bu gün Azərbaycandan Daxili İşlər nazirinin birinci müavini Seyfulla Əzimovun rəhbərliyi ilə hazırkı vəziyyəti müzakirə etmək və gələcəkdə belə halların təkrarlanmaması üçün təklifləri nəzərdən keçirmək üçün nümayəndə heyəti gəldi”, - deyə R. Cəfərov vurğulayıb.
Bundan əlavə bildirilib ki, əvvəllər tərtib edilmiş siyahıya yenidən baxılacaq. Həmin qruplar sərhədi keçməzdən öncə Azərbaycan nümayəndələri Dağıstana gələcək və siyahının tərtibində iştirak edəcəklər.
Ramazan Cəfərov insident nəticəsində 5 Azərbaycan vətəndaşının xəsarət aldığını, onların xəstəxanaya aparıldığını və tibbi yardım aldıqlarını bildirib.
Qeyd edək ki, ötən gün 155 vətəndaşın sərhəddən buraxılması təmin edilib. Bu siyahıya ilk növbədə uşaqları olan qadınlar, yaşlı vətəndaşlar, xəstə insanlar, eləcə də uzun müddət çadır şəhərciyində olanlar daxil edilib.
Oxunub : 2966
DİGƏR XƏBƏRLƏR
30 Sentyabr 2026 21:55
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
30 Sentyabr 2026 21:00
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
30 Sentyabr 2026 18:54
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
30 Sentyabr 2026 18:03
Bu yollarda tıxac var - SİYAHI - FOTO
30 Sentyabr 2026 16:41
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
30 Sentyabr 2026 16:00
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
30 Sentyabr 2026 12:48
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
29 Sentyabr 2026 21:00
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
29 Sentyabr 2026 20:18
Tramp İranla münaqişədən DANIŞIB
29 Sentyabr 2026 19:30
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
29 Sentyabr 2026 18:30
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
29 Sentyabr 2026 18:06
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
ŞƏRH YAZ












