Nazirlər Kabinetinin qərarı olmadan 3 "JEK" yaradılıb

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Nazirlər Kabinetinin müvafiq qərarı olmadan Komitə əlavə 3 Mənzil Kommunal İstismar Sahəsi (MKİS, "JEK") yaradaraq onların saxlanılmasına 730 min manat xərcləyib, qanunvericilikdə dövlət büdcəsi hesabına maliyyələşdirilməsi nəzərdə tutulmadığı halda MKİS-lərdə 110 “çilingər-santexnik” və 94 “xarrat-rəngsaz” ştat vahidi təsdiq edərək əmək haqqı ödəyib.
Avtosfer.az xəbər verir ki, bu, Hesablama Palatasının apardığı Komitəyə ayrılan vəsaitlərin icrasına dair uyğunluq auditi nəticəsində məlum olub.
Bundan başqa, audit üzə çıxarıb ki, Komitənin Mənzil İstismar Departamentində nəqliyyat vasitələrinə normadan artıq 17,4 min manat dəyərində ehtiyat hissələri silinib, MKİS-lər qanunvericiliklə müəyyən edilmiş norma ilə nəzərdə tutulmayan 16,2 min manat dəyərində malların alışını həyata keçirib, müqavilə üzrə nəzərdə tutulmuş işlərin vaxtında yerinə yetirilməməsinə baxmayaraq podratçı təşkilata 14,5 min manat cərimə məbləği hesablanmayıb, qeyri-əhali qrupları üzrə məişət tullantısının yığılması və daşınmasına görə 1 601,2 manat artıq vəsait ödənilib, çoxmənzilli yaşayış binalarında məcburi köçkünlərə lift xidməti üzrə hesablaşmalarda 3 737 manat ƏDV məbləği nəzərə alınmayıb, mobil telefon ötürücü antena qurğularının quraşdırılması xidmətinə görə dövlət büdcəsinə 2 256,6 manat az icarə haqqı ödənilib.
Məcburi köçkünlər üçün salınmış şəhərciklərdə məcburi köçkünlərdən 577,4 min manat məbləğində mənzil haqqının və bərk məişət tullantılarının yığılması və daşınmasına görə 862,8 min manat xidmət haqqının yığılması və uçota alınması təmin edilməyib, sakinlərə göstərilən kommunal xidmətlərə görə 126 min manat xidmət haqqı düzgün olmayaraq büdcə vəsaiti hesabına ödənilib, məcburi köçkünlərin yeni salınmış qəsəbə və şəhərciklərə köçürmə işlərinə görə 40,2 min manat artıq vəsait ödənilib, MKİS-lərdə 18 min manat dəyərində inventar çatışmazlığı aşkar edilmiş, Mənzil İstismar Departamenti üzrə normadan artıq 2018-ci ildə 16 ədəd, 2019-cu ildə 14 ədəd xidməti nəqliyyat vasitəsi saxlanılaraq 37,7 min manat büdcə vəsaiti xərc edilib.
Auditin nəticələri üzrə aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədi ilə Komitə ümumilikdə 109,2 min manat məbləğində vəsaitin dövlət büdcəsinə bərpasını təmin edib, digər artıq ödəmələrin bərpası və müavinət alan şəxslər siyahılarının dəqiqləşdirilməsi üzrə işlər davam etdirilir.
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












