Nazirlik: Cəbrayılda elektrik enerjisi qovşağının yaradılması nəzərdə tutulur

Cəbrayılda elektrik enerjisi qovşağının yaradılması nəzərdə tutulur. Bununla Naxçıvana, oradan isə Türkiyəyə və İrana elektrik enerjisini ixrac edə biləcəyik.
Avtosfer.az xəbər verir ki, bunu Energetika Nazirliyinin Elektroenergetika və enerji səmərəliliyi şöbəsinin müdiri Ələsgər Həsənov jurnalistlərə açıqlamasında bildirib. “İki layihənin birlikdə keçirilməsi hidroenergetika sahəsində Azərbaycan müstəqillik əldə etdikdən sonra həyata keçirdiyiən böyük layihə olaraq qiymətləndirilə bilər. Xudafərin Hidroqovşağının həcmi 1.6 milyard kum metrdir. Ancaq ordansuvarma suyunun götürülməsi nəzərdə tutulmur. Orda tikilmiş su elektrik stansiyasının gücü 100 meqavatdır Azərbaycan tərəfin payı. Ancaq Qız Qalası hidroqovşağının ümumi su həcmi 56 milyon kub metr olmaqla stansiyanın Azərbaycan tərəfin payı 40 meqavatdır. Hər ikisinə vahid şəkildə baxdıqda il ərzində 358 milyon kilovat saat elektrik enerjisinin istehsalı nəzərdə tutulur. Bu da 100000 ev təsərrüfatın enerji təminatı üçün kifayətdir. Məskunlaşmanı nəzərə aldıqda qeyd edə bilrik ki, ilk illərdə işğaldan azad olunmuş ərazilər üçün tikilmiş stansiyalar kifayət edəcək. Eyni zamanda elektrik enerjisinin ixracı üçündə imkanlar yaradılır . Bildiyiniz kimi Cəbrayılda elektrik enerjisi qovşağının yaradılması nəzərdə tutulur. Bu vasitə ilə Naxcıvana oradan isə Türkiyəyə və İrana elektrik enerjisini ixrac edə biləcəyik” – o deyib.
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA











