Nazirlik maşını olmayanlara mesaj göndərib: "2 avtomobilin var, sənə pul düşmür" - FOTO

COVİD-19 virusu ilə əlaqədar olaraq Azərbaycanda xüsusi karantin rejimi tətbiq olunur. Bunu nəzərə alaraq dövlət tərəfindən vətəndaşlara 190 manat məbləğində birdəfəlik yardım olunması ilə bağlı qərar qəbul edilib. Online qaydada qeydiyyatdan keçən vətəndaşlara ya həmin məbləğ təyin olunur, ya da müəyyən səbəblər göstərilərək imtina olunur. Son 3 gün ərzində Avtosfer.az-ın e-mail ünvanına, telefon nömrələrinə onlarla vətəndaşdan müraciət daxil olub. Şikayətçilər bildirirlər ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onlara göndərilən imtina mesajlarında özlərinin, yaxud ailə üzvlərinin adına bir və ya bir neçə avtomobil olması bildirilir. Buna görə də onlar üçün 190 manat məbləğində birdəfəlik yardım təyin olunmur. Amma məsələ heç də avtomobil olmasına görə yardımın təyin edilməməsi deyil. Maraqlıdır ki, müraciət edən şəxslərin özlərinin və ailə üzvlərinin ya ümumiyyətlə avtomobili yoxdur, ya da qarışıqlıq var.
Nəqliyyat eksperti Elməddin Muradlı deyir ki, son günlər ona dayanmadan müraciətlər daxil olur.
"Sosial Müdafiəsi Nazirliyi maşını olmayanlara "maşının var" deyir. Bu gün mənə bir neçə yerdən müraciət edildi ki, bəs, sosial yardım almaq üçün müraciət ediblər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə imtina edib. Səbəb kimi də onu göstərirlər ki, sizin adınıza maşın var. Hətta bir neçə nəfərə verilən cavabda həmin şəxslərin adına iki və daha artıq avtomobil olduğu qeyd edilib. Mən bunu Baş DYP İdarəsi ilə dəqiqləşdirdim. Məlum oldu ki, eyni adı, soyad və ata olan vətəndaşlar var. Sosial Müdafiə Nazirliyi isə aləmi qatıb bir-birinə. Savadsız insanlar da nazirlikdən gələn cavabı oxuyandan sonra pərişan halda sakit otururlar. Amma heç kim bilmir ki, hara müraciət edib dəqiqləşdirmə aparmaq olar ki, onun adına həqiqətən maşın var ya yox. Dyp.gov.az saytına və ya 902 nömrəsinə müraciət edərək dəqiqləşdirin, hüquqlarınızı bilin. Adına maşın olub 3 il əvvəl etibarnamə ilə satanlar da var, onlar da maşını adlarından çıxarıb təkrar müraciət etsinlər."
Elməddin Muradlı bunu çox utancverici addım adlandırıb.
"Ayıbdır camaatı ələ salmaq lazım deyil. Nazirlik adına utancverici addımlar atılır. Evli adama subay, subay adama evli mesajı göndərilir. Ömrü boyu maşın üzü görməyən adama deyilir ki, sənin maşının var."
Ekspert atılan bu addımların cənab Prezidentin yürütdüyü siyasətə zidd olduğunu vurğulayıb. "Camaatı incitməyin, pul ayrılıbsa verin. Heç olmasa bu pandemiya dövründə cibinizi güdməyin."
Ekspert deyir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sözçüsü Fazil Talıblı bildirib ki, mesajda əsas problem "və ya" sözü ilə bağlı olub ki, bu da aradan qaldırılıb. Bu məlumatlar DYP-də olan baza əsasında alınır və şəxsiyyət vəsiqəsinin FİN kodu əsas götürülür. Maraqlıdır ki, uzun illər əvvəl qeydiyyata alınan nəqliyyat vasitələrinin sahiblərinin şəxsiyyət vəsiqəsinin FİN kodu Mərkəzi Məlumat Bazasında öz əksini tapmayıb. Buna görə də çaşqınlıq yaradıb. Ümid edirəm ki, nazirlik buna fərdi qaydada yanaşaraq vətəndaşların müraciətlərini nəzərə alacaq."
Elməddin Muradlı hesab edir ki, avtomobilinin kiminsə adına olması imtinaya səbəb olmamalıdır. "Çünki mövcud şəraitdə bəziləri avtomobili müəyyən məhdudiyyətlər - baş etibarnamə, nömrə saxlama olduğu üçün başqalarının adına keçirir. İndi buna görə, başqaları niyə əziyyət çəkməlidir. Daxil olan müraciətlərdən aydın olur ki, qonşu maşın alarkən digər qonşunun adına onu rəsmiləşdirib. İndi həmin şəxs də sosial yardım ala bilmir. Baxmayaraq ki, maşın artıq üçüncü, dördüncü şəxslərə satılıb. Düzdür vətəndaşlar da bəzən məsuliyyətsizlik edərək avtomobili etibarnamə ilə satırlar. Bu isə həmin şəxsi mülkiyyət hüququndan azad etmir. Amma elə faktlar var ki, bəzi vətəndaşlar ümumiyyətlə heç vaxt maşını olmayıb."
Xatırladaq ki, qeyd etdiyimiz problemlə üzləşən vətəndaşlar [email protected], [email protected] adreslərinə və ya 0553351559 nömrəsinə SMS və ya votsapla yaza bilər.
Fərid
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT















