Nazirlik: "Poliklinikalara müraciət telefon vasitəsi ilə olmalıdır"

“Poliklinikalara müraciət mümkün qədər telefon vasitəsi ilə olmalıdır”. Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov bildirib.
N. Zeynalov qeyd edib ki, Bakı şəhəri üzrə poliklinikaların hamısının əlaqə nömrəsi var: “Çalışmalıyıq ki, potensial xəstə olan insanların evdə qalmasını təmin edək. Poliklinikaların girişində və yaxınlığında xüsusi məntəqələr də yaradılıb. Çalışırıq ki, potensial koronavirus xəstəsi olanlarla olmayanlar qarşılaşmasın. Poliklinikada həkimə telefonla müraciət edilməli, koronavirus şübhəsi varsa, həkim briqadası ev şəraitində test üçün yaxma götürməlidir. Əgər xəstə poliklinikaya gəlibsə, şübhə varsa, yaxma götürülür və əgər vəziyyəti ağır deyilsə, xüsusi maşınla evə gətirilir”.
Səhiyyə Nazirliyinin aparat rəhbəri nəzərə çatdırıb ki, tibb işçiləri vaxtı vaxtında qoruyucu geyimlərlə təmin olunur, dəyişdirilməsi həyata keçirilir. (APA)
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












