Nazirlikdən əhaliyə müraciət - küçəyə çıxmayın

Xəbər verdiyimiz kimi, həftəsonu paytaxtda və bölgələrdə havanın temperaturu 40 dərəcəyə kimi yüksələcək. Milli Hidrometeorologiya Xidmətinin rəhbəri Umayra Tağıyeva bununla bağlı əhaliyə müraciət edib.
U.Tağıyeva xatırladıb ki, yaxın 2 gündə iyunun 13-14-də Abşeron yarımadası və Bakı şəhərində havanın temperaturunun 40 dərəcəyədək, aran bölgədə isə 42 dərəcəyədək yüksələcəyi gözlənilir: “Belə temperatur şəraiti nəinki meteohəssas insanlar, hətta bütün əhali üçün çox əlverişsizdir. Gündüz saatlarında günvurma və istivurma təhlükəsi bu riski bir qədər də artırır. Lakin müəyyən tədbirlər görməklə güclü istilərin mənfi təsirlərindən qorunmaq mümkündür.
Məsələn, vacib olmadığı halda günəş şüalarının daha aktiv olduğu saat 11-dən 17-dək küçəyə çıxmamaq. Əgər küçəyə çıxmaq məcburiyyətindəsinizsə baş örtüyündən və ya çətirdən istifadə edin, kölgəli yerlərdə olmağa çalışın, özünüzlə su götürün və s”. (Modern.az)
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT











