Nazirlikdən kombilərin məhdudlaşdırılması ilə bağlı ÇAĞIRIŞ

“Yeni yaşayış binalarında fərdi istilik sistemlərindən istifadə ətraf mühitin çirklənməsinə səbəb olur”.
Avtosfer.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov bildirib. Onun sözlərinə görə, kombilərdən istifadə əlavə yanacağın sərfi baxımından ekoloji problemlərin əmələ gəlməsinə səbəb olur: “Binalarda mərkəzləşdirilmiş istilik sistemləri olmalıdır və bu da ərazi üzrə düzgün paylanmalıdır. Bununla da istilik sistemi qurulmalıdır”. M.Qənbərov qeyd edib ki, binalar istilik enerjisi ilə lazımi səviyyədə tənzimlənməlidir: “Hesab edirəm ki, biz verdiyimiz rəylərdə bu məsələyə diqqətlə yanaşmalı, aidiyyəti qurumlarla məsləhətləşməliyik. Binaların mərkəzləşdirilmiş istilik sistemi ilə idarə olunması ekoloji və sosial-iqtisadi baxımdan daha məqsədəuyğundur”.
Sosial şəbəkələrdə təhqir və söyüşlərin qarşısı necə alına bilər? – ŞƏRH
Maşınla işə gedənlərə PİS XƏBƏR!
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH
Orta Dəhlizdə yeni hədəf: Azərbaycan tranzit imkanlarını genişləndirə biləcəkmi?
İşə maşınla getmək istəyənlərə PİS XƏBƏR
"Bədr müqaviləsi" tərəfdaş ölkələrin siyasətini necə dəyişəcək? - POLİTOLOQ
Aparıcının öldüyü qəzanın ŞOK DETALI: Ayıq sürücü çağırıbmış...
Bakıda qarajlar rekord həddə BAHALAŞDI











