Nazirlikdən müəllimləri şalvar geyinməyə qoymayan direktorla bağlı AÇIQLAMA

Sosial şəbəkələrdə Sumqayıtda yerləşən 14 nömrəli məktəbin direktoru Fatma Bayramovanın səs yazısı yayılıb. Səs yazısında direktor qadın müəllimlərə hədə-qorxu gələrək bildirir ki, heç kəs məktəbə şalvar geyinməsin. Əks halda onları şagirdlərin yanında təhqir edəcək.
Nazirlikdən bildirilib ki, səs yazısının Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbin direktoruna aid olduğu təsdiqlənib: “Direktor izahatında qadın müəllimlərdən birinin səhhətində ciddi problemlər olduğu üçün direktordan şalvar geyinmək üçün müvəqqəti icazə aldığını, digər müəllimlərin də bundan istifadə edərək müəllimə yaraşmayan geyimdə (dar şalvarda) məktəbə gəldiklərini bildirib. Bununla bağlı valideynlər məktəb direktoruna müraciət edərək şagirdlərin evdə qadın müəllimlərin geyimlərini müzakirə etdiyini bildiriblər. Direktor tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bir neçə qadın müəllim yenə həmin geyimdə məktəbə gəldikləri üçün direktorun vatsap qrupuna səs ataraq onlara ciddi iradını bildirdiyi məlum olub. Direktorun izahatı alınaraq bir daha belə hallara yol verilməməsi ilə bağlı xəbərdarlıq edilib”.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












